Azərbaycan MDB-yə sədrlik edəcək - Tarix açıqlandı

Azərbaycan MDB-yə sədrlik edəcək - Tarix açıqlandı Gündəm

Azərbaycan 2027-ci ildə MDB-nin həmsədri olacaq və 2028-ci ildə ilk dəfə Birliyə sədrlik edəcək.

News24.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan əvvəllər heç vaxt sədrliyə iddia etməyiblər.

Lebedev bunu iki ölkə arasında fikir ayrılıqlarını buna səbəb kimi göstərərək əsaslandırıb. O əlavə edib ki, Azərbaycandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu açıqlayıb.