Səadət Əliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verildi

Səadət Əliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verildi Gündəm

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Səadət Vəliyulla qızı Əliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 noyabr 2026-cı il tarixli qərarı qəbul edilib.

Qərara əsasən, Səadət Əliyevaya Dil nəzəriyyəsi ixtisası üzrə filologiya elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Azərbaycan Dillər Universitetinin kollektivi Səadət Əliyevanı bu elmi nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Səadət Əliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verildi