Azərbaycan nümayəndə heyəti quru yolla Ermənistana getdi - Foto - Video
Gündəm
Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində ikitərəfli dəyirmi masa keçiriləcək.
News24.az xəbər verir ki, görüş zamanı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcəklər. “Sülh Körpüsü”nün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş iştirakçı qrupları da tədbirə qatılacaq.
Məlumata görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən Ermənistan ərazisinə daxil olub.
Müzakirələr zamanı tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri nəzərdən keçirəcəklər. Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasına ictimai baxışa, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.
Azərbaycan tərəfdən iştirakçılar:
Fərhad Məmmədov — koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
Rusif Hüseynov — Topçubaşov Mərkəzinin direktoru
Kamala Məmmədova — 1news.az onlayn nəşrinin baş redaktoru
Ramil İsgəndərli — Milli QHT Forumunun idarə heyətinin sədri
Fuad Abdullayev — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi
Könül Bədəlova — İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi
Zaur Şiriyev — Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti
Murad Muradov — Topçubaşov Mərkəzinin direktor müavini
Aytən Qəhrəman — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi
Rauf Ağamirzəyev — nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü
Gülbəniz Qənbərova — “Kənd İcmaları Qadın Birliyi” QHT-nin prezidenti
Nazrin Əliyeva — “İnsan Hüquqlarına Dəstək Mərkəzi” QHT-nin nümayəndəsi
Eldar Həmzəli — tədqiqatçı, müstəqil ekspert
Sanan Rzayev — CBC telekanalının redaktoru və aparıcı siyasi şərhçisi
Gülşən Axundova — “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti
Emin Əliyev — TREND beynəlxalq informasiya agentliyinin baş redaktoru
Orxan Babayev — Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin əməkdaşı
İlyas Hüseynov — Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri
Fuad Ağamalıyev — CBC telekanalının mühəndis-texniki şöbəsinin rəhbəri (Armenpress)