Azərbaycan Xəzərdə üzən gəmilərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycan Xəzərdə üzən gəmilərinə XƏBƏRDARLIQ ETDİ Gündəm

Hazırda regionda baş verən hərbi gərginliklə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, bunu Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova deyib.

O bildirib ki, təhlükəsizlik tədbirləri ilə bağlı gəmilərin İran limanlarına səfər etməsi tövsiyə olunmur.

Qeyd edək ki, 28 fevral tarixindən İsrail və Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik yaşanır.(milliaz)