Azərbaycanda yeni nazir müavinləri təyin ediləcək

Azərbaycanda yeni nazir müavinləri təyin ediləcək Gündəm

"Hesab edirəm ki, hər bir dövlət qurumunda, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.