Azərbaycanda zəlzələ oldu - YENİLƏNDİ
Gündəm
Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə News24.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün 15:52 radələrində Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub.
Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.
Bu barədə News24.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.
Yeraltı təkanın dərinliyi 10 km-dir.