Bakıdan Aktauya uçan təyyarədə problem yarandı

Bakıdan Aktauya uçan təyyarədə problem yarandı Gündəm

Bakıdan Qazaxıstanın Aktau şəhərində uçuş həyata keçirən təyyarədə problem yaşanıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti də təsdiq edib.

"Eniş ştat rejimində həyata keçirilib, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranıb. Təyyarədə sərnişin olmayıb" - deyə məlumatda qeyd olunur.

Qazaxıstanın Tengrinews.kz portalı isə məlumat verir ki, söhbət şəxsi "GulfStream" təyyarəsindən gedir.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.