Bakıya güclü yağış, dağlıq ərazilərə qar yağır- Faktiki hava - Yeniləndi

Bakıya güclü yağış, dağlıq ərazilərə qar yağır- Faktiki hava - Yeniləndi Gündəm

Martın 27-si saat 20:00-a olan faktiki hava açıqlanın.

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.


Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Dağlıq ərazilərə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.