Birol Akgün Xocalı faciəsinin ildönümünü yad etdi

Birol Akgün Xocalı faciəsinin ildönümünü yad etdi Gündəm

"26 fevralda baş vermiş amansız bir zülmün ildönümü qeyd etmək üçün buradayıq".

News24.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib.

“Bir daha o acı günləri anmaq və bu günü yad etmək üçün bütün kollektivimizlə birlikdə qardaş ölkənin yanındayıq. Həmin günlərdə 613 günahsız insan vəhşicəsinə qətlə yetirildi. Həmin günlərdə vəfat edən bütün şəhidlərimizə rəhmət diləyirik”, – deyə səfir vurğulayıb.