Bu xəstəxanaya baş həkim təyin edildi

Bu xəstəxanaya baş həkim təyin edildi Gündəm

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.

News24.az xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.

O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub.

Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.//qafqazinfo