Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Gündəm
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə "News24.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.