Ceyhun Bayramov: İlin ikinci yarısında Azərbaycan-Moldova siyasi məsləhətləşmələri keçiriləcək
Gündəm
2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək.
News24.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoy ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir Azərbaycan-Moldova əlaqələrini onilliklərə söykənən çox səmimi, açıq dostluq münasibətləri kimi səciyyələndirib:
"Ölkələrimiz arasında yüksək səviyyəli dialoqu, liderlər arasında olan səmimi münasibətləri, mütəmadi görüşləri qeyd edə bilərik. Biz beynəlxalq tədbirlər çərçivəsində davamlı görüşlər keçirir, müzakirələr aparırıq. İkitərəfli qarşılılqlı səfərlərin isə əlbəttə ki xüsusi əhəmiyyəti var.
C.Bayramov iki ölkə arasında siyasi məsləhətləşmələr formatının mövcudluğunu xatırladıb:
"2026-ci ikinci yarısında da Azərbaycan və Moldiva arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək. İki ölkə arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr haqqında sənəd imzaladıq".
XİN başçısı qeyd edib ki, moldovalı həmkarı ilə müzakirələrdə iki ölkə arasındakı bütün istiqamətlərə toxunulub: "İkitərəfli münasibətlər, beynəlxalq platformalardakı əməkdaşlıq, regional təhlükəsizlik və qlobal məsələlərə yer verdik".