Doğumlar azaldı, ölüm sayı sabit qaldı - Statistika
Gündəm
Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb. Doğulan körpələrdən 2714-ü əkiz, 81-i isə üçəm olub.
News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşüb.
Eyni zamanda 2025-ci ilin on ayı ərzində ölkədə 49846 ölüm halı qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.