Əhməd Davudoğlu barəsində araşdırma başlanıldı
Gündəm
Ankara Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində sosial şəbəkələrdə ölkə prezidentini təhqir etdiyi iddiası ilə araşdırmaya başlayıb.
News24.az xəbər verir ki, araşdırma Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsi – “Prezidentin təhqir edilməsi” maddəsi ilə açılıb.
Ankara Baş Prokurorluğundan bildirilib ki, qərar sosial şəbəkələrdəki paylaşımların araşdırılmasından sonra qəbul edilib.
“İstintaq qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun olaraq hərtərəfli şəkildə davam etdirilir”, – prokurorluğun açıqlamasında deyilir.
Qeyd edək ki, Əhməd Davudoğlu Türkiyənin siyasətçisi və keçmiş diplomatıdır. O, 2009–2014-cü illərdə Türkiyənin xarici işlər naziri olub. 2014-cü ilin avqustunda baş nazir vəzifəsinə keçən Davudoğlu 2016-cı ilin mayınadək hökumətə rəhbərlik edib.