Elçin Quliyev bu şəxsləri TƏLTİF ETDI

Elçin Quliyev bu şəxsləri TƏLTİF ETDI Gündəm

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.

Bu barədə "News24.az"a DSX-dən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.