Əli Əsədov Fuad Oqtayla görüşdü

Əli Əsədov Fuad Oqtayla görüşdü Gündəm

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu gün Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.

News24.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.