Jalə Əhmədovaya heç bir cərimə tətbiq olunmayıb - RƏSMİ
Gündəm
"Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır".
News24.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, “İDDO Psixi Sağlamlıq Proqramı” müddətlli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil: "Qeyd edilən proqramla bağlı olaraq da hər hansı cərimə tətbiq edilməyib".
Qeyd edək ki, mediada "İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokolun tərtib edildiyi barəsində məlumatlar yayılmışdı.