Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR Gündəm

"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr veriləcək.