Əraqçi Lavrova zəng edib
Gündəm
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Abbas Əraqçi “İran rəhbərliyinin ABŞ və İsrailin təcavüzünü dəf etmək üçün atdığı addımlar” barədə məlumat verib.
O bildirib ki, bu, İranın nüvə proqramına dair sülh yolu ilə həll üçün danışıqları bir daha pozub.
Əraqçi BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq planlarını açıqlayıb.
Sergey Lavrov isə ABŞ-la İsrailin İrana qarşı beynəlxalq hüququn prinsip və normalarını pozan, regional və qlobal sabitlik və təhlükəsizlik üçün ağır nəticələri tamamilə nəzərə almayan səbəbsiz silahlı hücumunu qınayıb.
Rusiya XİN başçısı İslam Respublikasına qarşı hücumların dərhal dayandırılmasının və vəziyyəti siyasi və diplomatik həll yoluna qaytarmağın vacibliyini vurğulayıb.
Sergey Lavrov Rusiyanın, o cümlədən BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həll yollarının axtarışını asanlaşdırmağa hazır olduğunu qeyd edib.(apa)