"Evdə oturub güzgülərlə o qızı güdürdüm"- Hamlet İsaxanlını ağladan hadisə – VİDEO
Gündəm
“Hər gün eyni vaxtda aşağı-yuxarı pilləkənlə gedib gəlirdi. Mən də onu müşahidə edirdim. Çox xoşuma gəlirdi, amma utancaq idim, yaxınlaşa bilmirdim”.
News24.az xəbər verir ki, bu sözləri RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində qonaq olan tanınmış alim Hamlet İsaxanlı həyat yoldaşı ilə tanışlıq hekayəsini danışarkən deyib.
O bildirib ki, həyat yoldaşını tələbə ikən görüb və o zaman Hamlet İsaxanlı kirayədə qalırmış. Bəyəndiyi xanımı görmək üçün alim maraqlı bir üsuldan istifadə etdiyini deyib:
“Bir neçə güzgü ilə onun pilləkənlə hərəkətini əks etdirirdim ki, onu izləyə bilim, amma birbaşa baxmayım. Beləcə, onu müşahidə edirdim”.
Daha sonra isə ev sahibi onları tanış edib.
Hamlet İsaxanlı tanışlıqdan sonra münasibətlərinin inkişaf etdiyini, nəticədə evləndiklərini və birgə həyatlarını qurduqlarını vurğulayıb.
Daha ətraflı videoda: