Fəzail Ağamalıdan oğlu ilə bağlı suala reaksiya
Gündəm
"Ana Vətən Partiyasının fəaliyyəti qaydasındadır".
News24.az xəbər verir ki, bunu partiyanın sədri, sabiq deputat Fəzail Ağamalı bildirib.
Oğlunun Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı suala cavab verməkdən imtina edən Fəzail Ağamalı “bunu ondan soruşun”, - deyib.
Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının son qurultayında qalmaqal yaşanıb. Fəzail Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı sədr seçildiyini, Fəzail Ağamalı isə qurultayın baş tutmadığını bildirir.
Elçin Ağamalı qurultayla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.