Şəfiqə Məmmədova: "Azərbaycan kinosunun simasını itirdik"
Gündəm
"Dünənki xəbər məni çox sarsıtdı. Buna görə danışmaq çətindir".
News24.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq artisti Şəfiqə Məmmədova deyib:
"Azərbaycan kinosuna dəhşətli itki baş verib. Azərbaycan kinosunun siması olan Rasimi itirdik. Onun haqqında keçmişdə danışmağa dilim gəlmir. Nə qədər qəribə olsa da, mən ona - Rasimə müraciət edəcəyəm. Rasim, biz sənin yolunu çox gözlədik. Çox darıxmışdıq sənin üçün. Dedik gələr. Planlarımız, deyiləsi sözlərim çox idi. Rasim, sən çox şərəfli ömür yaşadın. Düz yaşadın. Sən Azərbaycan kinosunun tarixinə o qədər töhfələr verdin ki! Adın gözəl hərflərlə yazıldı. Sən bu gözəl ailənin başçısı oldun. Dostluqda çox vəfalı, sadiq idin. Dostları ilə çox qürur duyurdu. Dostları da onu çox sevirdi".
Xanım Cavanşirqızı