"Fuad Nağıyev o posta 3 ildə 4 adamı təyin edib, ortada bir şey yoxdur" – Tahir Əmiraslanov

 "Fuad Nağıyev o posta 3 ildə 4 adamı təyin edib, ortada bir şey yoxdur" – Tahir Əmiraslanov Gündəm

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə aralarında baş verən söhbətin təfərrüatını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb.

Əmiraslanov qeyd edib ki, ona qarşı səsləndirilən ittihamların səbəbini indiyədək tam başa düşə bilmir:

“Getdim, özüm də soruşdum. Ola bilər insan səhv edər, deyərlər ki, burada səhv etmisən. Amma məni elə şeylərdə günahlandırdılar ki, mən də başa düşə bilmədim”.

O bildirib ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ona mərkəzdəki vəsaitlə bağlı sual verib:

“Birinci sual belə oldu ki, Tahir müəllim, siz iki milyonu haradan alıb qoyursunuz? Dedim ki, bu pul mərkəzin hesabında olub, evə aparmamışam. COVID-dən əvvəl həmin məbləğ 2 milyon 820 min manat idi”.

Sabiq rəhbər əlavə edib ki, rəhbərlik etdiyi dövrdə mərkəzə ayrılan illik vəsait təxminən 200 min manat olub:

“Bunun da 117 mini maaşlara, 30 mini isə icarəyə gedirdi. Mən də dedim ki, əgər bu 200 mindən 2 milyon oğurlamaq mümkündürsə, öyrədin mən də oğurlayım. Bu mümkün olmayan bir şeydir”.

Daha ətraflı videoda: