Hamlet İsaxanlı: "Əsl sevgilərin hamısı faciə ilə bitir"
Gündəm
"Qaranlıqda həqiqət" verilişinin növbəti buraxılışı yayımlanıb.
News24.az xəbər verir ki, layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən proqramın budəfəki qonağı Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı olub.
Veriliş zamanı professor şeirlərinin mövzusuna toxunub. Bildirib ki, sevgidən yazılan şeirlər daha təsirli və daha yaddaqalan olur: "O hisslərdən biri sevgidir, digəri isə həsrət. Digər şeylər sünidir. Əgər şairin gücünü yoxlamaq istəyirsinizsə, onun sevgi və həsrət şeirlərinə baxmaq lazımdır. Mikayıl Müşfiqin yaradıcılığının 95 faizi sosial quruculuq və əmək adamlarına həsr olunub. Lakin onu qüdrətli şair edən sevgi şeirləridir.
İnsan hər zaman nəyinsə həsrətindədir. Sevgilərin hamısı faciə ilə bitir. Xoşbəxt sonluqla bitən sevgi olmur, çünki mütləq iki sevgilidən biri tez ölür.”
Daha ətraflı RTV-nin videomaterialında: