Həkəri körpüsü fonunda şəkil çəkdirən ermənilər saxlanıldı

Həkəri körpüsü fonunda şəkil çəkdirən ermənilər saxlanıldı Gündəm

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Sünik vilayətində Ermənistan və Qarabağ ərazisini ayıran Həkəri körpüsü fonunda çəkilmiş şəkillərə görə üç Qarabağ ermənisini saxlayıb.

News24.az xəbər verir ki, bu barədə saxlanılan şəxslərin vəkili Roman Yeritsyan sosial şəbəkə hesablarında məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar Tex kəndində tikinti işləri aparıb və Qarabağ ərazisinin başladığı yol və körpü fonunda şəkillər çəkiblər.

Geri qayıdarkən onları MTX əməkdaşları saxlayıb, daha sonra isə mobil telefonları müsadirə edilib və vəkillə əlaqə saxlamaq imkanları məhdudlaşdırılıb.

Hər üç şəxs inzibati materialların tərtibi üçün polis şöbəsinə aparılıb.

Nəticədə saxlanılanlara qarşı cərimə tətbiq olunmayıb. Hüquq-mühafizə orqanları yalnız xəbərdarlıqla kifayətlənib. /Sputnik Ermənistan