"Həyat yoldaşını çılpaq çəkib camaata göstərirdi" - Tanınmış psixiatr dəhşətli faktları açıqladı
Gündəm
Ölkədə “psixoloqların” sayı həddindən artıq çoxdur və heç kəs onlardan soruşmur ki, sənin təhsilin nədir, diplomun nədir?
News24.az xəbər verir ki, bu barədə tanınmış həkim-psixiatr Araz Manuçehri-Lalei RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb.
Həkim qeyd edib ki, psixologiya yalnız kitab biliyi deyil, həm də insan həyat təcrübəsi tələb edir.
“Psixologiya fakültəsini bitirən, rəsmi diplom alan şəxsə pasiyentin yanına dərhal buraxmaq düzgün deyil. Ən azından psixiatrlar kimi uzun rezidentura keçməlidir ki, təcrübəsi olsun. 20-22 yaşlı bir gənc oturub 60 yaşlı, həyatda çox şey görmüş insana ağıl verir. Psixiatriya insandan həm həyat biliyi, həm də peşəkar təcrübə tələb edir”, – o deyib.