"Heydər Əliyev əsəbiləşdi, dedi ki, özünü nazir kimi apar" - Vilayət Quliyev

"Heydər Əliyev əsəbiləşdi, dedi ki, özünü nazir kimi apar" - Vilayət Quliyev Gündəm

Sabiq xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişinin qonağı olub.

News24.az xəbər verir ki,diplomat verilişdə siyasi-diplomatik fəaliyyətindən, qazandığı təcrübə və uğurlardan, ədəbi yaradıcılığından söz açıb.

O, müsahibədə Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrini də bölüşüb: “Heydər Əliyev iş şəraitində, dialoqda son dərəcə açıq və səmimi insan idi. Elə bir aura yaradırdı ki, insan hətta ən munis sirrini, ailəsindəki problemi, üzləşdiyi çətinliyi onunla açıq şəkildə müzakirə edə bilərdi. Mən oktyabrın 26-da təyin olundum. Onda iş qrafiki çox gərgin idi. Həm Minsk qrupunun həmsədrləri Bakıya gəlirdilər, həm Polşa Prezidenti Aleksandr Kvasnevskiniun səfəri vardi. Həmin gün o, Yerevandan gəldi. Orada terror aktı baş vermişdi. Ona görə çox gərgin bir şərait idi və məni kollektivə təqdim etmək üçün heç kəs nazirliyə getmədi.

Prezidentin tapşırığı ilə nazir müzvinləri, idarə rəisləri Prezident Administrasiyasına dəvət olundu. Orda Heydər Əliyev bir cümlə dedi. Sanki o cümlə ilə məni üzləşə biləcəyim bütün çətinliklərdən qorudu. Çünki o dedi ki, sən mənimlə işləyəcəksən!” Səhər saat 9-dan axşam Prezident gedənə qədər, - bu, gecə saat 12- i də olurdu, 1 -də olurdu, - iş yerimdə idim. Yadımdadır, bir dəfə yanındaydım, çıxanda yadıma düşdü ki, bir məsələni deməyi unutmuşam. Qayıtdım. Köməkçisi var idi,Tariyel Ağayev. Ona dedim ki, siz məruzə edin ki, təzədən getməliyəm, filan məsələni deməyi yaddan çıxarmışam. O da gedib məruzə edəndə demişdi ki, filan məsələni deməyi yaddan çıxarıb. Prezidentlə çox səmimi şəkildə ayrılmışdıq, amma qayıdanda, içəri girəndə gördüm ki, bir az əsəbidir. Dedi ki, sən nazirsən. O qapıda oturanın borcu odur ki, sənin gəldiyini mənə xəbər versin. Qəbul edəcəm, etməyəcəm, bu, mənim öz işimdir. Sən də borclu deyilsən, ona izah edəsən ki, hansı məsələyə görə gəlmisən. Sən nazirsən, özünü nazir kimi aparmağı öyrən”.

Daha ətraflı videoda: