İran Baş Qərərgahı Azərbaycana PUA hücumunu təkzib etdi
Gündəm
İrandan Azərbaycana PUA buraxılması xəbəri təkzib edilib.
News24.az xəbər verir ki, barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmət edir. Silahlı qüvvələr tərəfindən Azərbaycan Respublikasına doğru pilotsuz uçuş aparatının buraxılması ilə bağlı xəbərləri təkzib edir”, - deyə qeyd edilib.
Bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyi iddia edilib.