İran yeni ali lideri ilə ilk hərbi addımını atdı - Foto
Gündəm
İranda yeni ali rəhbər Müctəba Xameneinin təyinindən sonra ölkə İsrail istiqamətində ilk raket zərbəsini endirib.
News24.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Hücum zamanı buraxılan raketlərin üzərində “Xidmətinizdəyik, Seyid Müctəba” sözləri yazılıb.
Bu addım Müctəba Xameneinin əvvəlki ali lider Əli Xameneinin varisi kimi təyin edilməsindən dərhal sonra həyata keçirilib.
Məlumata görə, bu zərbə İranın yeni rəhbərliyinin ilk hərbi reaksiyası kimi dəyərləndirilir və regionda gərginliyin daha da artacağına işarədir.