İranda 10 gündür internet yoxdur

İranda 10 gündür internet yoxdur Gündəm

İranda internet kəsilməsi 10 gündür davam edir.

News24.az-ın məlumatına görə, İranda internet artıq 10 gündür ki, demək olar tamamilə kəsilib. Bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat yayıb.

Monitorinq xidməti bildirir ki, İranda 240 saat davam edən internetin kəsilməsi hökumət tərəfindən tətbiq edilən ən sərt məhdudiyyətlərdən biridir. “İranda internetin kəsilməsi 240 saatdır davam edir və bu, ölkə üzrə tətbiq edilən ən ciddi məhdudiyyətlərdən biridir. Bu, yanvar etirazlarından sonra qeydə alınan ikinci ən uzun internet kəsilməsidir”, - deyə "NetBlocks" açıqlamasında qeyd edib.

Həmçinin bildirilib ki, İranda ölkə əhalisinin təxminən üçdə biri 2026-cı ilin bu dövrünü oflayn rejimində keçirib.