"İranda lider olmağa çalışan hər kəs ölür"

"İranda lider olmağa çalışan hər kəs ölür" Gündəm

“Görünür, İranda lider olmağa çalışan hər kəs sonda ölür”.

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.

“Əli Xameneinin mümkün varisləri son nəticədə həlak olurlar, Tehranın ballistik raket arsenalı isə sürətlə məhv edilir. Yumşaq desək, biz çox yaxşı irəliləyirik. Kimsə məndən soruşdu ki, bunu 10 ballıq şkala ilə necə qiymətləndirərdim? Mən 15 deyərdim... Hazırda biz çox güclü mövqedəyik. Onların rəhbərliyi isə sürətlə yoxa çıxır. Sizin gözlərinizin qarşısında heyrətamiz hadisələr baş verir”, - Tramp vurğulayıb. /BBC