İranda müvəqqəti müdafiə naziri təyin edildi
Gündəm
Bu gün İranda müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs təyin olunub.
News24.az xəbər verir ki, bununla bağlı, Prezident Aparatının kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbatəbayi “X” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, prezident Məsud Pezeşkianın əmri ilə SEPAH generalı Məcid ibn ər-Rza müdafiə nazirinin səlahiyyətlərini icraçısı vəzifəsinə təyinat alıb. (Azad İran)