İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı davam edir

İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı davam edir Gündəm

İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə keçidi davam edir.

News24.az xəbər verir ki, İranda vəziyyətin gərginləşməsi ilə əlaqədar vətənə qayıdan Azərbaycan vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsindən sərbəst keçidi təmin edilir.

Bunun üçün ərazidə hər cür şərait yaradılıb.

Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb. (APA)