İranda yeni ali rəhbərin andiçmə mərasimi keçiriləcək - Tarix açıqlandı
Gündəm
Müctəba Xameneyinin İranın yeni ali rəhbəri kimi andiçmə mərasimi bu gün paytaxt Tehranda keçiriləcək.
News24.az xəbər verir ki, mərasim yerli vaxtla saat 15:00-da başlayacaq və Azadi (Azadlıq) meydanında təşkil olunacaq.
Mərasimdə dövlət rəsmilərinin, hərbi və dini nümayəndələrin, eləcə də çoxsaylı vətəndaşların iştirakının gözlənildiyi bildirilir.
Xatırladaq ki, Ekspertlər Şurası (Şura-ye Xobreqan) tərəfindən keçirilən səsvermə nəticəsində Müctəba Xamenei ölkənin yeni Ali Lideri seçilib. /Azad İran