İrandan İsrailə 30 raket atıldı - Əhaliyə təcili xəbərdarlıq edildi
Gündəm
İsrail Müdafiə Ordusu bəyan edib ki, bir müddət əvvəl İran ərazisindən İsrail istiqamətində buraxılan raketlər qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
İrandan İsrail ərazisinə 30 raketin atıldığı qeyd edilib.
İsrail ordusu təhlükəni zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemləri işə salıb.
İsrailin Daxili Cəbhə Xidməti müvafiq bölgələrin sakinlərinin mobil telefonlarına təcili bildirişlər göndərib.
Əhaliyə təlimatlara ciddi əməl etmək tövsiyə olunub.
Həyəcan siqnalı aldıqda dərhal sığınacağa və ya qorunan məkana keçmək, növbəti göstərişlərədək orada qalmaq, sığınacağı yalnız rəsmi bildirişdən sonra tərk etmək tapşırılıb.