İranın 131 şəhəri hücuma məruz qalıb, ölənlərin sayı açıqlandı
Gündəm
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində 555 nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
Cəsədlər dağıntılar altından çıxarılmağa davam edir. Ölkə üzrə 100 mindən çox xilasedici və fövqəladə xidmət əməkdaşı səfərbər edilib.
Hazırkı vaxta qədər İranın 131 şəhəri hücumlara məruz qalıb.
ABŞ-İsrail əməliyyatının başladığı gün 201 iranlı həlak olub, 740-dan çox insan yaralanıb. /Fars Agentliyi