İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət etdi

İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət etdi Gündəm

İranın Bakıdakı Səfirliyi İranda baş verən hadisələrlə bağlı Azərbaycandakı İran vətəndaşlarına müraciət edib.

News24.az xəbər verir ki, müraciətdə İranın hücumlara məruz qaldığı vurğulanıb:

"İranın Azərbaycandakı Səfirliyi həmvətənləri sakitliyi və təmkinliyi qorumağa çağırır. Səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyəti normal qaydada davam etdirilir".