İsmayıl Qaani edam edilib?

İsmayıl Qaani edam edilib? Gündəm

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani ilə bağlı sensasion iddialar yayılıb.

News24.az xəbər verir ki, bəzi xarici mənbələrdə Qaaninin hücumlardan sağ çıxmasından sonra casusluq şübhəsi ilə dindirildiyi və daha sonra edam edildiyi iddia olunub. Bildirilib ki, onun əvvəlki illərdə də İsrailin hücumlarından sağ çıxması bəzi dairələrdə şübhələrə səbəb olub və bu iddialar həmin fonda gündəmə gətirilib.

Lakin İran rəsmiləri yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək Qaaninin edam edilməsi ilə bağlı xəbərləri qəti şəkildə təkzib ediblər. İran tərəfi bu iddiaları dezinformasiya adlandırıb və komandirin sağ olduğunu açıqlayıb. (sondakika.com)