İsrail İrana qarşı hücumuna bu adı verdi
Gündəm
İsrailin İrana qarşı əməliyyatı “Yehudanın Qalxanı” adını daşıyır.
News24.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb. Telekanalın saytında əməliyyatın adının məhz bu olduğu vurğulanıb.
Ehtimal edilir ki, ad Avropadan Fələstinə ilk kütləvi yəhudi köçünü təşkil edən dini təbliğatçı Yehuda Hasidə həsr olunub.
Qeyd edək ki, fevralın 28-də İsrail Müdafiə Nazirliyi İrana qarşı preventiv zərbə endirildiyini elan edib və ölkədə fövqəladə vəziyyət tətbiq olunub.