İsrailə düşən raketdə bu detal diqqət çəkdi
Gündəm
ABŞ, İsrail və İran arasında davam edən müharibə artıq 13-cü gününə daxil olub. Regionda gərginlik getdikcə artır və tərəflər qarşılıqlı hücumlarını davam etdirir.
News24.az xəbər verir ki, İranın İsrailə qarşı həyata keçirdiyi cavab hücumları zamanı atılan raketlərdən biri Təl-Əviv yaxınlığında yerləşən Elad kəndi ərazisində İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib. Məhv edilən raketin qalıqlarının ölçüsü isə diqqət çəkib.
Məlumata görə, İran İsrailə qarşı hücumlarda ballistik və hipersəs raketlərdən istifadə edir. Raket zərbələri nəticəsində indiyədək 13 nəfər həyatını itirib, 2000-dən çox insan isə yaralanıb.
İsrail ordusu İrandan atıldığı müəyyən edilən raketləri zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıb. İsrail hökuməti təhlükə altında olan bölgələrdə yaşayan insanlara xəbərdarlıq mesajları göndərərək onları sığınacaqlara getməyə çağırıb.