Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - Fotolar

Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - Fotolar Gündəm

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

News24.az xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.(mansetaz)

Fotoda: Faiq Tağızadə

Fotoda: Etibar Mirzəyev

Fotoda: Orucəli Hacıyev