"Kinoittifaq"ın yeni sədri kim olacaq?
Gündəm
Xəbər verdiyimiz kimi, martın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev dünyasını dəyişib.
Hal-hazırda boş qalan sədr postuna kimin gətiriləcəyi ilə bağlı suallar var.
Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarova sual ünvanladıq.
Cabbarovun News24.az-a verdiyi məlumata görə, hazırda yeni təyinat barədə bir fikir yoxdur:
“İndi təşkilat hüzn içindədir, Rasim müəllimin 3 mərasimi keçiriləcək. Bizdə sədr qurultay tərəfindən seçilir. İndiki halda heç bir təşkilatı işlər görülmür. Çünki hələ hüzr məclisləri verilməlidir. Çox güman ki, 40 məclisindən sonra qurultay tərəfindən yeni sədr seçiləcək”.
Xanım Cavanşirqızı