KİV: ABŞ-nin İrana qarşı əməliyyatı sentyabra qədər uzana bilər
Gündəm
ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqondan İrana qarşı əməliyyatlara dəstək vermək üçün Florida ştatındakı qərargahına əlavə hərbi kəşfiyyat zabitlərinin göndərilməsini istəyib.
News24.az xəbər verir ki, əlavə kəşfiyyat personalının göndərilməsi ilə bağlı administrasiyanın bu müraciəti İrana qarşı müharibə çərçivəsində ilk belə addımdır və əməliyyatın Prezident Donald Tramp tərəfindən əvvəlcədən müəyyən edilmiş dörd həftəlik müddətdən xeyli uzun çəkə biləcəyinə işarə edir.
İddialara görə, əməliyyat ən azı 100 gün, ehtimal ki, sentyabr ayına qədər davam edə bilər.
Qeyd olunur ki, ABŞ-nin hərbi əməliyyatlarından xeyli əvvəl planlaşdırılan fəaliyyətlər üçün insan və resursların tələsik şəkildə cəlb olunması Tramp komandasının İsraillə birlikdə başladığı müharibənin genişmiqyaslı nəticələrini tam əvvəlcədən hesablaya bilmədiyini göstərir. /Politico