“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi Gündəm

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil edilir.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.