Müctəba Xameneidən XƏBƏR VAR: Yaralansa da, sağdır
Gündəm
İranın yeni Ali lideri Müctəba Xameneinin döyüş əməliyyatları zamanı aldığı yaralara baxmayaraq “sağ və salamat” olduğu bildirilib.
News24.az xəbər verir ki, bu barədə İran hökumətinin müşaviri və İran prezidentinin oğlu Yusif Pezeşkian özünün “Telegram” kanalında yazıb.
“Cənab Müctəba Xameneinin yaralandığı barədə xəbəri eşitdim. Əlaqələri olan bir neçə dostumdan soruşdum. Onlar dedilər ki, şükür Allaha, o sağlamdır və hər şey qaydasındadır”, – deyə Pezeşkian qeyd edib.