Müctəba Xameneinin yaralandığı təsdiqləndi

Müctəba Xameneinin yaralandığı təsdiqləndi Gündəm

İranın yeni ali dini lideri Müctəba Xameneinin yaralandığı rəsmi şəkildə təsdiqlənib.

News24.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali liderin vəzifəsi uğrunda üç-dörd nəfər mübarizə aparırdı, ancaq Ekspertlər Şurasındakı əksəriyyət onu seçdi”, - deyə o bildirib. /Corriere della Sera