Müharibə 7 ay davam edəcək? - Qorxulu proqnoz verildi

Müharibə 7 ay davam edəcək? - Qorxulu proqnoz verildi Gündəm

Dünya miqyasında artan müharibə gərginliyi, xüsusən Yaxın Şərqdəki hadisələr Nostradamusun proqnozlarını yenidən diqqət mərkəzinə gətirib.

News24.az xəbər verir ki, 1555-ci ildə nəşr olunmuş "Peyğəmbərliklər" ("Les Prophéties") əsərindəki simvolik dördlüklər sosial mediada ABŞ və İsrailin İrana qarşı hərbi fəaliyyətləri ilə əlaqələndirilir. Nostradamus təfsirçiləri bəzi ifadələrin müasir müharibə texnologiyalarına işarə etdiyini iddia edirlər.

Məsələn, "Yeddi ay davam edəcək böyük müharibə" ifadəsi İranla əlaqəli potensial münaqişəyə yönəldilir. "Böyük arı sürüsü" pilotsuz uçuş aparatları və döyüş dronları ilə müqayisə olunur. "Mars ulduzlar arasında öz yolunu idarə edəndə insan qanı müqəddəs məkanı sulayacaq" fikri genişmiqyaslı münaqişələrin əlaməti sayılır. "Şərqdən üç od qalxacaq" Yaxın Şərqdəki hərbi inkişaflarla əlaqələndirilir.

Ekspertlər vurğulayırlar ki, Nostradamusun dördlükləri konkret tarix və hadisə göstərməsə də, simvolik dil vasitəsilə müasir qlobal gərginliklərlə əlaqələndirilir.