Müharibə Netanyahunun bu sözündən sonra başlayıb - Trampa zəng edib deyib ki...
Gündəm
ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında fevral ayında baş tutan telefon danışığının İrana qarşı hərbi əməliyyatların başlanmasında əsas dönüş nöqtəsi olduğu iddia edilir.
News24.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Qeyd olunub ki, Netanyahu fevralın 23-də Trampa zəng edərək İranın ali rəhbəri Əli Xamenei və yüksək vəzifəli rəsmilərin fevralın 28-də Tehranda keçiriləcək toplantısı barədə kəşfiyyat məlumatlarını paylaşıb.
Bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təqdim olunan məlumatları təsdiqlədikdən sonra Vaşinqtonda hərbi variant ciddi şəkildə nəzərdən keçirilib. İddialara əsasən, Tramp diplomatik imkanların tükəndiyi qənaətinə gələrək fevralın 27-də İrana qarşı hücum planına yekun razılıq verib.
Bundan sonra ABŞ və İsrail qüvvələrinin İrandakı hərbi obyektlərə qarşı genişmiqyaslı zərbələr endirdiyi bildirilir.
Hazırda tərəflər arasında qarşılıqlı hücumlar davam edir, Tehran isə bölgədə ABŞ hərbi mövqelərinə və müttəfiqlərinə qarşı cavab tədbirləri gördüyünü açıqlayıb. (sondakika.com)