Müharibənin 17-ci günü: İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi

Müharibənin 17-ci günü: İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi Gündəm

İsrail ordusu bu gün səhər saatlarından Tehrana qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu hücumlar müharibənin 17-ci günündə həyata keçirilib.

İran mediası isə güclü hava zərbələri dalğasından sonra Mehrabad hava limanında bir təyyarənin yanması barədə məlumat yayıb.

İsrail ordusu isə “Telegram” kanalında Tehranda İran rejiminin infrastrukturuna qarşı geniş zərbələr dalğası həyata keçirdiyi bildirilib. /Alhadath