Nadir Hüseynovun ölüm səbəbi açıqlandı
Gündəm
Dekabrın 14-də 2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib
Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar artist Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.